Home / İdman

İdman

İyul, 2019

  • 12 İyul

    Makqreqor Nurməhəmmədovla döyüşə görə nə qədər qazanıb?

    Qarışıq üslublu (MMA) döyüşçü Konor Makqreqor 2018-ci ildə təqribən 47 milyon dollar qazanıb. Bu barədə “Forbes” jurnalının hesabatında deyilir. Keçmiş UFC çempionu dağıstanlı Həbib Nurməhəmmədovla keçirdiyi döyüşə görə təqribən 30 milyon dollar (zəmanətli qonorar və ödənişli yayımlara görə bonuslar) əldə edib. İrlandiyalı, həmçinin “Reebok” ilə müqavilə üzrə beş milyon dollar …

  • 11 İyul

    “Qarabağ”ın potensial rəqiblərindən heç-heçə

    Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulub. MusavatXeber-ın məlumatına görə, ikinci oyun günündə 8 görüş keçirilib. “Qarabağ” Albaniyada “Partizani” ilə qolsuz heç-heçə edib. Ağdam klubunun  II təsnifat mərhələsindəki potensial rəqibləri  – “Dundalk” (İrlandiya) və “Riqa” (Latviya) komandalarının oyununda da qol olmayıb. 10 iyul Çempionlar Liqası, I təsnifat mərhələsi, …

  • 11 İyul

    “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik” – Qurban Qurbanov

    “Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar”. MusavatXeber-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının I təsnifat mərhələsinin  səfərdə “Partizani” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra …

  • 3 İyul

    Diaqnedən “Qalatasaray”a sərt sözlər – “Çox danışırsız”

    “Qalatasaray” Mbaye Diaqne ilə heç bir yolla anlaşa bilmir. MusavatXeber.com- xəbər verir ki, “aslanlar” gələn mövsüm üçün heyətdə düşünülməyən Diaqneni Səudiyyə Ərəbistanı komandalarından birinə sataraq kar etmək istəyindədir. Ancaq seneqallı futbolçu Ərəbistan klublarına keçməməkdə israrlıdır. Ona İtaliyadan təkliflər olduğunu və Apenin yarımadasına getmək istədiyini bildirən Mbaye istanbulluların təkidlərinə cavab olaraq “Mən Ərəbistana getməyəcəm, çox …

  • 3 İyul

    Fuad Abbasov bir daha Rusiyaya qayıtmayacaq – Həbsimi ermənilər sifariş edib

    Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam. Bunu Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov Bakıda jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, deportasiya olunması üçün Ximki şəhər məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib: “Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, …

  • 2 İyul

    “Neftçi”nin Avropa Liqası oyununa erməni təyinat aldı

    UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sperantsa” və “Neftçi” arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb. MusavatXeber- klubun saytına istinadən xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi …

  • 2 İyul

    Azərbaycanlı futbolçu atasının təbrikini qəbul etmədi

    Azərbaycanlı prodüser Anar Mədətov oğlu, Azərbaycan milli komandasının və "Qarabağ" klubunun üzvü Mahir Əmrəlini ( Mədətov ) təbrik edib. MusavatXeber- bildirir ki, prodüser oğlunun arxiv videolarını və şəkillərini sosial şəbəkədə paylaşaraq "Ad günün mübarək" şərhini yazıb. Anarın bu təbrikinə Mahirdən reaksiya gəlməyib. Qeyd edək ki, Mahir atasının 2-ci evliliyini qəbul etmədiyi üçün, …

  • 2 İyul

    “Qarabağ” “Viktoriya”ya qarşı

    “Qarabağ” Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq. MUSAVAT- xəbər verir ki, Ağdam klubu Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Plzen təmsilçisi ötən mövsüm ölkə çempionatını ikinci pillədə başa vurub. Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, Rumıniya “Krayova”su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib …

  • 1 İyul

    Millinin üzvü Göldə yoxa çıxdı

    İsveçrə millisinin və “Yanq Boyz”un qadınlardan ibarət komandasının üzvü Floriyana İsmaili Komo gölündə yoxa çıxıb. MUSAVAT- bildirir ki, sportal.az-ın məlumatına görə, dostları ilə üzməyə gedən Kosovo əsilli qadın futbolçu gölə girdikdən sonra tapılmayıb. 24 yaşlı yarımmüdafiəçini tapmaq üçün xilasedicilər işə başlayıb. “Yanq Boyz” klubu komandanın kapitanı ilə bağlı açıqlama verib: “Axtarışlar …

  • 1 İyul

    Qəzada ölən dünya çempionunun sevgilisi ürəkləri dağladı – FOTO

    Ötən gün dünyasını dəyişən 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb. Musavat aznews.az-a istinadən xəbər verir ki, Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb. “Fərhad, indi həyatım sənsiz necə davam edəcək, …