Home / Gündəm (page 27)

Gündəm

Mart, 2017

  • 7 Mart

    Estoniyada Azərbaycan diaspor lideri quldurluq ittihamı ilə saxlanılıb

    Estoniyada Azərbaycanın diaspor fəalı saxlanılıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, Estoniya Azərbaycanlıları Ağsaqqalları Şurasının sədri, diaspor fəalı Vəlyəddin Kərimov ötən gün şəhər polisi tərəfindən saxlanılıb. Əvvəlcə onun Tallinin mərkəzindəki restoranında və evində axtarış aparılıb. Avtomobilində iri və kiçik çaplı silah tapılıb. V. Kərimov qanunsuz silah saxlamada və reketlikdə ittiham olunur.

  • 6 Mart

    Müsavat AKM Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir

    Almaniyada rəsmi qeydiyyatdan keçmiş “Müsavat Avropa Koordinasiya Mərkəzi” (AKM) bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Martın 3-də gənc fəal, tanınmış bloqqer Mehman Hüseynov saxta ittihamlarla məhkəmə zalında həbs olunub. Onun vəkili Elçin Sadıqova isə müdafiə üçün hakim tərəfindən heç bir hüquqi şərait yaradılmayıb. Hem Mehman Hüseynova, …

  • 6 Mart

    Rəsulzadənin vəfatından 62 il ötdü

    Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin vəfatından 62 il ötdü. Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankara şəhərində üç dəfə Azərbaycan deyərək, vətən həsrətiylə dünyaya gözlərini yumub. Almaniyanın “Qurtuluş” radiosu Məhəmməd Əmin Rəsulzadənin ölüm xəbərini dünyaya belə yayırdı: “Azərbaycan Milli Qurtuluş Hərəkatının və Müsavat …

  • 6 Mart

    Xırdalan məktəblərində 8 Mart yığımı başladı

    Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır. Bu barədə övladları sözügedən məktəbdə oxuyan valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pul liseyin direktoru Sevinc Əliyevanin göstərişi ilə toplanır: “Sevinc Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə …

  • 6 Mart

    Almaniyanın XİN başçısı: “Türkiyə ilə münasibətlərimiz çox gərgindir”

    “Münasibətlərimiz çox gərgindir və normallaşdırılması vacibdir”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından əvvəl rəsmi Berlinlə Ankara arasındakı münasibətlərdən danışarkən deyib. “Hazırda əsas işimiz iki dövlət arasında münasibətləri normallaşdırmaqdır. Hər kəs bunun üçün bütün imkanlardan …

Fevral, 2017

  • 7 Fevral

    “Xəzər TV”nin əməkdaşının ailəsinə təzyiqlər edilir-MÜRACİƏT

    Hal-hazırda Almaniyada muüacirətdə olan “Xəzər TV”nin keçmiş rejissoru Sənan Vəliyevin ailəsi redaksiyamıza müraciət edib. Onların sözlərinə görə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onları son 5 ayda tez-tez narahat ediblər. Müraciətdə deyilir ki, ilk dəfə 8 sentyabr  2016  tarixində evlərinə gələrək Sənanın guya Fətullah Gülənin adamı olduğunu, çalışdığı şirkətdə …

Sentyabr, 2016

  • 12 Sentyabr

    Milli Şuranın etiraz mitinqi bitib: “referendumun ləğvi” tələb edilib – VİDEO

    Bakıda Demokratik Qüvvələrin Milli Şurasının Konstitusiyada dəyişiklikləri nəzərdə tutan 26 sentyabr referendumuna etiraz mitinqi bağlı elan edilib. Etiraz nümayişinin sonunda oxunan qətnamədə əsasən “26 sentyabr referendumunun ləğv olunması” tələb olunub. Bundan başqa, qətnaməyə görə siyasi məhbusların qeyri-şərtsiz azad edilməsi, siyasi motivli həbslərə son qoyulması, xarici sərmayenin önünün açılması, həqiqi iş …