Home / Gündəm (page 10)

Gündəm

Yanvar, 2019

  • 16 Yanvar

    Səməd Seyidov: Mehman Hüseynov məsələsinin AŞPA-da müzakirəsindən narahatam

    AŞPA və Avropa Parlamentində Mehman Hüseynovla bağlı müzakirə olacağı gözlənilir Yanvarın sonunda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında, eləcə də Avropa Parlamentində həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən bloqer Mehman Hüseynovun məsələsi müzakirə predmeti olacaq. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində deyib ki, beynəlxalq …

  • 16 Yanvar

    Uşağına məktəb tapmaq üçün Astaradan Bakıyacan gələn ata

    Astara rayon sakini Kamil Şabanov uşaqları ilə birlikdə Prezident Administrasiyasına qəbula gəlib. Onun 4 övladından ikisi eşitmə əngəllidir. Yaşadığı yerə yaxın məktəb tapmadığı üçün uşaqları 4 il təhsilsiz qalıb. Axırda məcbur olub Bakıya köçüb, kirayə ev tutub və uşaqlarını eşitmə əngəllilər üçün məktəbə qoyub. Amma şəhərdə yaşamağa maddi imkanı əl …

  • 16 Yanvar

    Babək Həsənov: “Tok buraxan kimi yıxıldım, biri ayaqlarımın, biri də belimin üstünə çıxdı”

    “Bizə verilən işgəncə metodları əsasən, yerə yıxıb, belimdə xəsarət olan hissəni, boynumu təpikləmək, bədənimizə tok verməkdən ibarət idi…” Bunlar AXCP Ali Məclisinin həbsdə olan üzvü, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənovun sözləridir. O bu sözləri yanvarın 15-də məhkəmədə ifadə verərkən danışıb. Babək Həsənov və daha dörd nəfərin – AXCP …

  • 16 Yanvar

    Hökumətin Milli Şuranın mitinqi ilə bağlı planı – kamera izləməsi, təqib, cəza…

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumata görə, İH “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin …

  • 16 Yanvar

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub

    Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Report”un məlumatına görə, fərmana əsasən 6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial …

  • 16 Yanvar

    Baş Prokurorluq Rüfət Aslanlı ilə bağlı araşdırmaya başlayıb

    Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlı ilə bağlı araşdırma aparır. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu bu gün mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Jurnalistin “Türkiyə vətəndaşı Mustafa Veysəl sizə müraciət edərək Rüfət Aslanlının dələduzluq yolu ilə onun 808 min manat pulunu …

  • 16 Yanvar

    SOCAR: “Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək”

    Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə olunacaq. SOCAR-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir. Hava və dəniz nəqliyyat ları vasitəsilə …

  • 16 Yanvar

    BŞİH Milli Şuranın mitinqinə icazə verdi

    Yanvarın 19-da Milli Şuranın mitinq kemçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verib. Musavat.com xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə baxıb və göstərilən tarixdə saat 15:00-dan 17:00-dək aksiyanın keçirilməsinə rəsmi icazə verib. Mitinq həmişəki kimi Yasamal rayon ərazisindəki “Məhsul” stadionunda keçiriləcək. Xatırladaq ki, …

  • 15 Yanvar

    Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?

    Xeyli sayda qurumun ləğv edilərək bir nazirlikdə birləşdirilməsi haqda təkliflər var… Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib. Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. …

  • 14 Yanvar

    İlham Əliyevin psixoloji çatlaqları və ya onun xidmətçiləri hansı millətdəndir? VİDEO

    “Azərbaycan saatı” proqramının 12 və 13 yanvar 2018-ci il buraxılışları. Proqram TuranTV-də yayımlanır.