Home / Ana səhifə / “Lukaşenkonu təbrik etmək Belarus xalqına qarşı hörmətsizlikdir” – ARİF HACILI

“Lukaşenkonu təbrik etmək Belarus xalqına qarşı hörmətsizlikdir” – ARİF HACILI

Lukaşenko, hətta bərabərhüquqlu rəqabət şəraiti olmayan, gerçək rəqiblərinin iştirakına imkan vermədiyi seçkilərdə də məğlub oldu.
Rəqibinin ailə üzvünə, əslində isə ona qarşı olan Belarus xalqına uduzdu.

O, hətta şəxsiyyəti bilinməyən “heç kim” adlı bir namizəd olsa belə, ona da uduzacaqdı.
Onu necə təbrik etmək, ona necə uğur arzulamaq olar?

Lukaşenkonu bu seçkilərdə qələbə münasibəti ilə təbrik etmək Belorus xalqına qarşı hörmətsizlikdir.

 

Bir dəfə də demişəm.

Başqa ölkələrdə avtoritar rejimlərə dəstək verənlərin və ya haqq qazandıranların öz ölkəsində demokratiya uğrunda mübarizə apardıqları barədə iddialarının səmimiliyinə inanmıram.

…İndi Tixanovskayanın Litvaya getməsi müzakirə olunur.
Qaçıb, filan.

Ailəsi ilə, həm də indiki karantinə görə sərhədlərin bağlı olduğu şəraitdə dövlət sərhəddini necə keçib?

Hökumətin, özü də xalqına atəş açmaqdan belə çəkinməyən bir hökumətin xəbəri, iştirakı, təşkilatçılığı olmadan bu necə mümkün olub?

Dünən əslində seçkini udmuş bir namizədin “ölkədən getmək qərarını mən qəbul etdim”, dediyi vıdeomüraciəti necə yazılıb, niyə yayılıb?

Əslində sualların cavabı da hər kəsə aydındı.

Corc Oruelin “1984”əsərini oxuyanda dəhşətə gəlirik.
Amma oxşar hadisələr günümüzdə Bakıda, Minskdə… yaşanır.
Faciə ondadır ki, hələ üstəlik bu hadisələri törədən “böyük qardaş”lara haqq qazandıranlar da var.

 

 

 

 

 

Arif Hacılı
Müsavat Partiyasının başqanı

Həmçinin oxu

“Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır

“Partlayışda xəsarət almışıq, şirkət bizi unudub“ “Palmali” şirkətlər qrupuna məxsus “Kapitan Nağdəliyev” gəmisinin heyət üzvləri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir