Home / Gündəm / Azərbaycan polisi quldur, onun bölmələri də işgəncə yuvasıdır – FOTOLAR

Azərbaycan polisi quldur, onun bölmələri də işgəncə yuvasıdır – FOTOLAR

Bura Bandotdel kimi tanınan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir. Azərbaycanlılara bu cür işgəncə verib, alçaldıb, fotoya çəkib yayanlar da həmin idarənin əməkdaşlarıdır. Fotoların birində 99-PD-197 dövlət nişanlı avtomobil görünür və paylaşanlardan birinin görüntüsü də var.
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət də bildirib: “Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.
İndi sual verirəm. Şəkildəki DİN gerbi necə? O da dünyanın istənilən yerində var? Siz necə yalançı, əclaf adamlarsız? Sizə sonra bu xalq necə inansın??! Saxtakarlar, işgəncə orqanları…
Yalançını evinə qədər qovarlar. Mən də elə etdim. DİN rəsmiləri iddia edirlər ki, görüntülər Azərbaycanda çəkilməyib. Mənsə sübut edirəm ki, Azərbaycanda çəkilib, fotodakı əşyalar Azərbaycana aiddir, polis bölməsindəndir. Diqqətlə oxuyun və baxın:
1. İşgəncə görən vətəndaşın arxasındakı Azərbaycan bayrağı (dedilər ki, “dünyanın hər yerində var”), və yanındakı DİN emblemi (“dünyanın hər yerində var” deyə bilmədilər).


2. Son illər demək olar ki, bütün polis bölmələrində eyni stullar, eyni mebellər, rənglərdən istifadə olunur. Bu da ona nümunə. Bakıda açılan polis bölməsindən biridir.


3. Polislərin demək olar ki, bütün geyim-keçimi standart olur. Bu da onlardan biri. Polis ayaqqabısının eynilik təşkil etməsidir.


4. İşgəncə zamanı vətəndaşın ayağındakı şapşap, şəpit (çarıqfason tərlik, nəleyin). Polis bölməsinə düşənlər bilir, hətta karantin dövründə fotolara filan baxın, birini də yerləşdirirəm, demək olar ki, bölməyə düşənlərə polislər tərəfindən xüsusi tərliklər verilir.


Fotodakı işgəncə görən şəxslərin kimliklərini də araşdırıb, dəqiqləşdirdikdən sonra detallı yazacağam, ikisini artıq tapmışam, ikisi də Azərbaycan vətəndaşlarıdır, biri Binəqədi, digəri Lənkəran sakinidir.
İşgəncə fotolarının qəhrəmanı isə, Lənkəranın Mamusta kənd sakini Qasımov Elnur Fəyyaz oğlu olduğu deyilir. Hazırda Bakıda hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir. Lənkəranda üzəduran, sukalıq edib, indi Bakıya transfer ediblər. Oğurluğa görə həbs cəzası çəkib vaxtiylə. DİN növbəti dəfə xalqa yalan məlumat paylaşdı.
Bu qədər detallı sübutdan, dəlildən sonra, hələ də bu fotoların Azərbaycanda çəkilmədiyini deyən adam varsa, şərəfsizdir, ləyaqətsizdir, saxtakardır, polis dubinkası yalayan əclafdır.

Gündüz Nəcəfov

Həmçinin oxu

Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”. Bunu APA-nın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir