Home / Ana səhifə / “Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun”

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun”

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun”

2019-cu ilin avqustunda Maştağa qəsəbəsində yaşayan 9 yaşlı Ələkbər evlərinin yaxınlığındakı transformatora dəyərək yanıb və elə oradaca keçinib. Uşağın ailəsi bildirir ki, cihaz nasaz olub deyə elektrik cərəyanı keçirib. Amma işin məhkəmə baxışında Azərişıq ASC-nin işçiləri bildirib ki, cihazın heç bir texniki problemi olmayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Bu maddədə göstərilir ki, təqsirləndirilən şəxsi iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya beş il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisə ilə bağlı Azərişıq-ın 4 əməkdaşı istintaqa cəlb edilib. Onların üçü haqqında işə xitam verilib, baş mühəndis Etibar Yusifovla bağlı isə Sabunçu rayon Məhkəməsi 4 il azadlığın məhdudlaşdırılması qərarını çıxarıb. Baş mühəndis cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə ailənin mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbini baxılmamış saxlayıb.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu sorğumuza cavab olaraq bildirib ki, Etibar Yusifov ötən ilin oktyabrın 10-da işdən azad olunub. Və o gündən etibarən onun “Azərişıq” ASC ilə heç bir əməkdaşlığından söhbət gedə bilməz. Mətbuat katibi əlavə edib ki, o, sənəd işləri və iş yerindəki əşyalarını götürmək üçün bir neçə dəfə, çox qısa müddətə keçmiş iş yerinə baş çəkib. Və çox güman ki, həmin görüntülərdə o zaman qeydə alınıb.

Transformatorun hasara alınmaması və digər təhlükəsizlik tədbirlərinin görülməməsindən təkcə Ələkbərovlar ailəsi ziyan çəkməyib. Bu hadisədən 2 ay sonra Bakıda 2-ci sinif şagirdi transformator məntəqəsinə girib və ağır dərəcəli yanıq xəsarətləri alıb. Hadisədən sonra Azərişıq transformatoru götürüb, yeri torpaqlanmışdı.

 

Həmçinin oxu

Tofiq Yaqublu: Gedin “yuxarılara” deyin ki, üzümüzün suyu töküldü…

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir