Home / Siyasət / “Daxili işlər naziri Vilayət Eyvazov istefaya göndərilsin”

“Daxili işlər naziri Vilayət Eyvazov istefaya göndərilsin”

Siyasi təşkilatlar polisin aksiyaçılara davranışını pisləyir

D18 Hərəkatı 19 oktyabr mitiqni haqda bəyanat yayıb.

Bəyanatda bildirilib ki, D18 Hərəkatı Milli Şuranın 19 oktyabr mitinqi zamanı polisin vətəndaşlara qarşı hərəkətlərini işgəncə hesab edir və bunları pisləyir:

“’Konustitusiyanın 49-cu maddəsi hər bir Azərbaycan vətəndaşına etiraz etmək, toplaşmaq hüququ tanıyır. Hakimiyyət son illər sərbəst toplaşma azadlığını pozur, etiraz edən insanlar həbs edilir, işgəncəyə məruz qoyur. Bu, Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı ilk işgəncə faktı deyil, xüsusilə Daxili İşlər Nazirliyinin (DİN) saxlanma təcridxanalarında dəfələrlə vətəndaşların döyülməsi, işgəncələrə məruz qalması faktları təsdiqini tapıb. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları var”.

Bəyanatda qeyd olunub ki, 19 oktyabr mitinqi zamanı bir daha polis işgəncələrinin şahidi olduq:

“Bütün bunları nəzərə alaraq İlham Əliyevdən tələb edirik: Daxili işlər naziri Vilayət Eyvazov istefaya göndərilsin; Çevik Polis Alayın rəhbəri Səhlab Bağırov istefaya göndərilsin; sosial mediada yayılan videolarda vətəndaşlara zor tətbiq edilən polis DİN orqanlarından azad edilsin, məsuliyyətə cəlb edilsin”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı da 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb.

ADR bəyan edir ki, mitinqdə iştirak edən yüzlərlə Azərbaycan vətəndaşı polisin vəhşiliyi və zorakılığı ilə qarşılaşıb, məqsədli şəkildə yaradılan gərginlik nəticəsində onlarla dinc sakin xəsarət alıb, yüzə qədər fəal, o cümlədən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının onadək üzvləri saxlanılıb və onların bir qismi həbs olunub:

“Polislər mitinqdə iştirak edən AXCP sədri Əli Kərimli ilə daha amansız davranaraq, onu ölümünə qədər döyərək, partiya liderinin sağlamlığına ciddi xəsarət yetirəndən sonra sərbəst buraxıblar. Ölkənin adına utanc gətirən bu hadisə hakimiyyətin zorakı mahiyyətini və repressiv xarakterini, polislərin vəhşiliyini bir daha təsdiq edib”.

ADR Hərəkatı hesab edir ki, sərbəst toplaşma azadlığından, öz fikirlərini azad ifadə hüququndan istifadə etmək istəyən vətəndaşlara qarşı güc tətbiqi yolverilməzdir və ölkə Konstitusiyasına, eyni zamanda Azərbaycanın bu sahədə beynəlxalq təsisatlar qarşısında götürdüyü öhdəliklərə ziddir.

ADR Hərəkatı həmçinin mövcud hakimiyyətin internet təhcizatçılarının, mobil operatorların işinə müdaxilə edib, mitinq günü ərazidə kommunikasiya imkanlarının, eləcə də mitinqi müşahidə edən jurnlistlərin fəaliyətinin məhdudlaşdırmasını informasiya əldə etmək haqqında qanunun və insan haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirir.

“ADR Hərəkatı mitinqdə baş vermiş polis zorakılığını şiddətlə qınayır, hakimiyyətdən ölkə vətəndaşlarının sərbəst toplaşma azadlığına hörmətlə yanaşmasını, eləcə də mitinqdə saxlanılanlara, o sıradan da AXCP sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla zorakılıq etmiş, işgəncə vermiş polislərin və onları bu yöndə təlimatlandırmış rəhbər vəzifəli şəxslərin müəyyənləşdirilərək cəzalandırılmasını, bununla yanaşı mitinq zamanı, eləcə də mitinq öncəsi həbs olunmuş bütün fəalların azad edilməsini tələb edir”.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da 28 may metrostansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyası haqda yaydığı açıqlamada 60 nəfərin saxlanıldığı barədə məlumat yayıb:

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.

Ancaq DQMŞ-nin funksionerləri həbs olunanların sayının çox olduğunu bildirib.

 

Xəbər müəllifi: Gündüz Nəcəfov

Həmçinin oxu

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir