Home / Siyasət / Əli Kərimli sərbəst buraxılıb (Yenilənib)

Əli Kərimli sərbəst buraxılıb (Yenilənib)

23.20. AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. Bu barədə partiya sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb. Eyni zamanda, partiya funksioneri Vahid Məhərrəmli azadlıqdadır.

***

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib

AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir.

Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ki, partiya sədri mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşayiət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Bildirilib ki, Əli Kərimli həbs olunub.

Ərazidə internet dayandırıldığı üçün əhatəli məlumat almaq mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.

Bu gün səhərdən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

Xəbər müəllifi: Gündüz Nəcəfov

Həmçinin oxu

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir