Home / Ana səhifə / Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Səfir bildirib ki, vizaların ləğvinə sadəcə texniki məsələ kimi baxılmamalıdır.

“Bu, hər kəsin üzərinə qoyulan bir məsuliyyətdir. İqtisadi, sosial, mədəni və bu kimi münasibətləri inkişaf etdirməklə bundan sonra da biz “Bir millət, iki dövlət” şüarının özülünü daha da möhkəmləndirəcəyik. “Bir millət, iki dövlət” sadəcə bir şüar deyil. Ulu öndər Heydər Əliyev bu fikri söyləyəndə Türkiyə ilə Azərbaycan arasında bütün ikitərəfli münasibətləri nəzərdə tuturdu. O zamandan indiyə qədər də iki qardaş dövlətin başçıları siyasətlərini, qarşılıqlı münasibətləri bu düşüncəyə uyğun aparırlar. Azərbaycan tərəfindən verilən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi qərarı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu iradə də məhz bu siyasətə əsaslanır”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər edəcək Türkiyə vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən viza tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlayıb.

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir