Home / Gündəm / Hollandiyadan deportasiya olunmuş blogger həbs edildi: Polisə müqavimət göstərib

Hollandiyadan deportasiya olunmuş blogger həbs edildi: Polisə müqavimət göstərib

Hollandiyadan Azərbaycana deportasiya ediləndən sonra Bakıda yoxa çıxan blogger Natiq İsbatovdan xəbər var. Natiq İsbatov həbs olunub və məhkəmə onun barəsində 30 sutka həbs cəzası çıxarıb. Natiq İsbatov polisə müqavimət göstərdiyinə görə məhkəmə qarşısına çıxarılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində Natiq İsbatovun 30 sutka həbs cəzası ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb və ilkin instansiyanın qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Natiq İsbatov Hollandiyada mühacir həyatı yaşayırdı. O bloger Orduxan Teymurxanla Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarında fəal iştirak edirdi. Bakıya deportasiya edilməsindən sonra bu ilin iyunun 12-də o yoxa çıxıb, sonradan onun polis tərəfindən saxlandığı bildirilib. Ailəsi onun mühacirətdə siyasi fəallıq göstərdiyi üçün həbs olunduğunu bildirir. Natiqin qardaşı Anar İsbatov da Hollandiyada mühacir həyatı yaşayır və onun da deportasiya olunacağı ehtimalı var. Hüquq mühafizə orqanları Natiq İsbatovla bağlı hər hansı məlumat yaymayıb.

 

Xəbər müəllifi: Gündüz Nəcəfov

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir