Home / Ana səhifə / Makron yaxın adamını Tehrana göndərdi

Makron yaxın adamını Tehrana göndərdi

Fransa prezidentinin müşaviri Emmanuel Bon İrana səfər edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, fransalı rəsmi Tehranda İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Ali Şəmhani ilə görüşüb. Tərəflər nüvə məsələlərini və iki ölkə arasında əməkdaşlığın prespektivlərini müzakirə edib. Şəmhani bildirib ki, İran nüvə sazişinin şərtlərinə təktərəfli əməl etmək niyyətində deyil.

Onun sözlərinə görə, tələblər qarşılanmasa, Tehran mərhələli şəkildə üzərinə düşən öhdəliklərdən imtina edəcək. Emmanuel Bon isə bəyan edib ki, Fransa ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində atəşkəsə nail olmağa çalışır.

Həmçinin oxu

Azərbaycanlı mühacirlər bu dəfə 3 alman qəzetinin redaksiyası önünə toplaşdı

”Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyası davam edir İyulun 18-də “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir