Home / Ana səhifə / Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub

Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub

Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Zooparkı məlumat yayıb.

Qafqaz nəcib maralı bir neçə gün öncə bala dünyaya gətirib. Tbilisi Zooparkı ana və balanın birgə fotoşəklini bu yaxınlarda çəkib və bu gün yayıb.

Maralların saxlanılması məqsədilə Tbilisi heyvanat parkı ianə yardımı qəbul etdiyini bildirib. Vətəndaşların maddi yardımı Gürcüstanda Qafqaz nəcib maralının bərpası və artırılmasına sərf olunacaq.

Qeyd edək ki, Tbilisi Zooparkı 2015-ci ilin iyunun 13-dən 14-nə keçən gecə şəhərdə baş vermiş güclü daşqından ciddi ziyan görüb. Heyvanat parkının bir hissəsinin dağılması nəticəsində orada saxlanılan 600 heyvanın, təxminən, yarısı sağ qalıb.

Bakı Zooparkının Tbilisi Zooparkına daşqından sonra hədiyyə etdiyi maralın ilk dəfə 2015-ci ilin iyulunda balası olub. Maral balası dağıdıcı daşqından sonra heyvanat parkında dünyaya gələn ilk bala olub.

Həmçinin oxu

Azərbaycanlı mühacirlər bu dəfə 3 alman qəzetinin redaksiyası önünə toplaşdı

”Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyası davam edir İyulun 18-də “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir