Qaralovdan TƏYİNAT: Deputatın oğlu rayon prokuror OLDU

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

MusavatXeber Azvision.az -a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib. 
Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

Həmçinin oxu

Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 2-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Musavt-a verilən məlumata görə, 02.07.2019-cu il tarixindən etibarən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir