Home / Ana səhifə / “Neftçi”nin Avropa Liqası oyununa erməni təyinat aldı

“Neftçi”nin Avropa Liqası oyununa erməni təyinat aldı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sperantsa” və “Neftçi” arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

MusavatXeber- klubun saytına istinadən xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Həmçinin oxu

Diplomu rektordan oynayaraq alan məzun DANIŞDI

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir