Home / Ana səhifə / Ekrana çox baxmaq uşaqlarda bunlara səbəb olur – Şok faktlar

Ekrana çox baxmaq uşaqlarda bunlara səbəb olur – Şok faktlar

Mütəxəssislər texnologiyadan aşırı dərəcədə istifadənin uşaqlara ciddi zərərlərinin olduğunu bildirirlər. Hətta ekran qarşısında uzun müddət vaxt keçirmək uşaqların fiziki görüntüsünə də təsir göstərir.

MUSAVATxəbər verir ki, türkiyəli məşhur pedaqoq Adəm Günəş bildirir ki, illərlə ekran izləyən uşaqlarda ağzı açıqlıq, göz bərəlməsi, hissizlik və anlamsız mimikalar müşahidə edilir. O həmçinin deyib ki, uşaqların ekran qarşısında nə qədər vaxt keçirməli olduğunu müəyyən etmək üçün uşağın yaşını 4-ə bölün:

“Uşağın yaşını 4-ə bölün. Məsələn 8 yaşlı bir uşağın gündəlik texnologiya ilə vaxt keçirmə müddəti 2 saatdır. 12 yaşlı bir uşaqda isə gündə 3 saat olacaq. 2 yaşından kiçik uşaqlar ən çox 1 saat ekran qarşısında vaxt keçirə bilərlər. Uşaq ekran qarşısında nə qədər vaxt keçiribsə, onun 2 qatı qədər istirahət etməlidir”.

Uşaq oyuna fokuslanarkən hərəkərsiz qalan əzələlər uzun müddət eyni vəziyyətdə qaldığı üçün anormal bir görünüş alır. Uzun müddət eyni pozisiyada qalmaq əzələ inkişafını axsadır. Bu təkcə böyük əzələlərə deyil, üzdəki kiçik əzələlərə də aiddir.

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir