Home / Ana səhifə / Azərbaycanda 17 yaşlı qız 43 yaşlı kişiyə qoşulub qaçıb: “Əxlaqsız video tapıb, deyir ki…”

Azərbaycanda 17 yaşlı qız 43 yaşlı kişiyə qoşulub qaçıb: “Əxlaqsız video tapıb, deyir ki…”

Azərbaycanda 17 yaşlı qız 43 yaşlı kişi ilə qoşulub qaçaraq ailə qurub.

Msavat  Big.az-a istinadən xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişinə müraciət edən Ülviyyə deyib.

O, bildirib ki, həyat yoldaşım İlqar Qasımov məni aldadıb dedi ki, anam xəstədir:”Uşağı ver aparım nənəsi görsün, geri gətirəcəyəm. Mən 3 aylıq hamilə olanda həyat yoldaşımla ayrıldım. Ailəsinə baxırdı. 10 ayda bizə baxmırdı. Evə belə gəlmirdi. Mənə deyirdi ki, sahibsizsən. Ailə quranda 17 yaşım var idi. Bir ay danışdıqdan sonra qoşulub qaçdım. Qohumları bizim qonşumuzdur. Uşaq olandan sonra qızıllarımı satdırdı ki, ailəmə baxacağam. Ata-anası da bizə baxmır. Uşağımın 1 yaşı var. Südəmər uşaqdır. Anaya ehtiyacı var. Polisə də müraciət etmişəm. Həyat yoldaşımın 43 yaşı var. O, əxlaqsız bir video tapıb. Deyir o videodakı qadın səsən. Mən də həmin vaxt onların kəndində olmuşam. O videonu internetdə tapıb”.

Ülviyyənin 26 yaş özündən böyük kişi qaçması aparıcını və ekspertləri özündən çıxarıb.

Aparıcı bildirib ki, bu biabırçılıqdır:”Sənin ailən hara baxırdı. 17 yaşlı qız 43 yaşlı kişi ilə qoşulub qaçıb. Mən elə bilirəm uşağı tutan babasıdır”.

Efirə gələn ana qızını o kişiyə vermədiyini söyləyib:”İlqar bizə elçiliyə gələndə razı olmadım. Qızımı aldadıb qaçırıb. Alimentə görə uşağı götürüb qaçıb. Deyir ki, mən alimenti verməyəcəyəm”.

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir