Home / Dünya / Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər- Fotolar

Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər- Fotolar

Azərbaycandan olan bir qrup siyasi fəal ölkənin Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları bütün siyasi məhbusların azad edilməsini, hakim ailə rejiminin istefasını, Qarabağın işğaldan azad edilməsini və Azərbaycanda avtoritar hakimiyyətə son qoyulmasını tələb ediblər. Onlar Azərbaycan hakimiyyətindən həqiqi islahatların aparılmasını, imitasiyalara son qoyulmasını istəyiblər.


Almaniyanın müxtəlif şəhərlərindən aksiyaya qatılmaq üçün gələn azərbaycanlı iş adamları, siyasi mühacir və tələbələr bildiriblər ki, siyasi məhbus kimi tanınan 85 nəfərin hamısı azad edilənədək Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin qarşısında etiraz aksiyaları davam etdiriləcək.

Xəbər müəllifi: Gündüz Nəcəfov

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir