Home / Ana səhifə / İsveçrədə seçkiləri saxtalaşdıra bilən hakerlərə pul ödəniləcək

İsveçrədə seçkiləri saxtalaşdıra bilən hakerlərə pul ödəniləcək

 

İsveçrə hökuməti ölkənin elektron seçki sistemini sındıra biləcək hakerlərə pul mükafatı vəd edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli ingilisdilli “The Local” saytı məlumat yayıb.

İsveçrə hökuməti fevral ayının 25-dən mart ayının 24-nə qədər virtual məkanda seçkilərin imitasiyasını təşkil edəcək.

Dövlət öz istedadını nümayiş etdirmək istəyən hakerləri https://onlinevote-pit.ch saytında qeydiyyata düşməyə çağırıb.

Səsvermənin nəticələri ilə manipulyasiya etməyi bacaran istənilən şəxsə 50000 İsveçrə frankı (43 min dollar) məbləğində pul ödəniləcək.

Xəbərdə rəsmi Cenevrənin bununla gələcəkdə elektron səsvermənin keçirilməsi zamanı yarana biləcək bütün fəsadları indidən görməyə və dəf etməyə çalışdığı qeyd olunur.

Həmçinin oxu

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək Rusiya və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super