Home / Ana səhifə / ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək

Rusiya və Çinin Şərqi və Mərkəzi Avropadakı təsirini artırması Qərbi, xüsusilə də ABŞ-ı olduqca narahat edir. Bu səbəbdən də ABŞ dövlət katibi Maykl Pompeo fervralın 11-dən başlayaraq Macarıstan, Slovakiya və Polşa turnesinə çıxacaq.

Almaniyanın “Deutsche Welle” kanalının verdiyi məlumatda Birləşmiş Ştatların bölgədəki aktivliyini azaltması nəticəsində burada yaranan siyasi boşluğun Rusiya və Çin tərəfindən həvəslə doldurulduğu bildirilib.

Kanalın xəbərinə görə, Maykl Pompeo burada hər 3 dövlətin siyasi rəhbərliyini ticarət, enerji təhlükəsizliyi və dövlətin hüquqi əsasları kimi geniş spektrli istiqamətlər üzrə rəsmi Moskva və Pekinə müqavimət göstərməyə çağıracaq.

“Pompeonun onlara verdiyi mesaj bu yöndə olacaq: “Biz ABŞ-ın kömək göstərdiyi dövlətlərin onun rəqiblərinə dəstək verməyəcəyini gözləyirik. Müttəfiqlərimizin əsas vəzifəsi isə Avropada azadlığın qorunmasından ibarətdir”, – deyə xəbərin mətnində göstərilib.

Maykl Pompeo həmçinin ABŞ-ın 30 il öncə Şərq bloku ölkələrinin Rusiyanın buxovundan azad olunmasındakı rolunu hər 3 ölkəyə xatırladacaq.

Qeyd olunur ki, dövlət katibliyi səviyyəsində ABŞ rəsmisinin Bratislavaya sonuncu gəlişi 20 il bundan öncə baş tutub.

Macarıstanı isə ABŞ prezidenti (Corc Buş) 2006-cı ildə rəsmi şəkildə ziyarət edib. Lakin Rusiya prezidenti Vladimir Putin təkcə keçən il 2 dəfə Budapeştə gəlib. Buna görə də Maykl Pompeonun Macarıstandakı danışıqlarının əsas mövzusu baş nazir Viktor Orbanla Vladimir Putin arasında yaxınlıq ola bilər.

Varşavada isə Maykl Pompeo ABŞ və Polşanın təşkil etdiyi “Şərqi Avropada sülh və təhlükəsizlik” adlı konfransın işinə qatılacaq.

Ağ Ev bu konfransın İran əleyhinə olduğu barədə şayiələri rədd edib.

Həmçinin oxu

Makqreqor Nurməhəmmədovla döyüşə görə nə qədər qazanıb?

Qarışıq üslublu (MMA) döyüşçü Konor Makqreqor 2018-ci ildə təqribən 47 milyon dollar qazanıb. Bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir