Home / Ana səhifə / Almaniyada Paşinyana erməni mafiyasını xatırlatdılar

Almaniyada Paşinyana erməni mafiyasını xatırlatdılar

Federal hökumət təsdiq edir ki, Almaniyada erməni cinayətkarlar fəaliyyət göstərir. Bu barədə Bundestaqdakı solçuların sorğusuna federal hökumətin cavabında bildirilir.

Virtualaz.org “Der Tagesspiegel” nəşrinə istinadən xəbər verir ki, bununla da, hökumət alman mətbuatının erməni “qanuni oğrular”ın, çox güman ki, bütün ölkə ərazisində fəaliyyət göstərməsi barədə təhqiqatının nəticələrini təsdiqləyir. Polisin məlumatarına görə, 42 nəfər barəsində 14 cinayət işi açılıb.

 

 

Nəşr qeyd edir ki, sənəd üçün vaxt o qədər də uğurlu deyildi, çünki Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada səfərdə idi və ölkə rəhbərliyi ilə görüşlər keçirirdi.

Polis erməniləri pulların yuyulmasında, zorakılıq hərəkətlərində, dələduzluqda və mülkiyyət cinayətlərində şübhəli bilir. İndiyə qədər onlardan yalnız birinə qarşı ittiham irəli sürülüb. Məqalədə o da qeyd olunur ki, hüquq-mühafizə orqanları italyan və erməni mafiyaları arasında əlaqə aşkar ediblər.

Xatırladaq ki, ötən ilin noyabr ayında Almaniyanın “Der Spiegel” nəşri erməni mafiyasının fəaliyyəti barədə yazıb. Daha sonra alman KİV-ləri məlumat yayıblar ki, Türingiya federal torpağının cinayət polisi idarəsi erməni mafiyasının izinə düşüb və klanın iki şübhəli üzvünü tutub.

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super