Home / Ana səhifə / ”Sədr təyin edilən kimi 50 min fəhləni işsiz qoydu”

”Sədr təyin edilən kimi 50 min fəhləni işsiz qoydu”

Deputat Fəzail Ağamalının dövlət komitəsinin sədrinə qarşı tənqidinə Oqtay Əsədov sərt cavab verdi

“Komitəyə Samir adında sədr təyin edilib. O, təyin ediləndə alqışladıq ki, cavan adamdır. Amma gələn kimi bütün tikinti işlərini dayandırdı. Regionlardan paytaxta fəhləliyə axışan insanların çoxu işsizdir, 50 min adam işsiz qaldı. O, bunun məsuliyyətini başa düşürmü?”

Deputat Fəzail Ağamalı fevralın 1-də, parlamentin iclasında belə deyib. Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyev haqqında danışan deputat onu tənqid edib:

“Ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır. Mənim tikinti işi ilə əlaqəm yoxdur, amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda sədr kimi təyin edilən Rüfət Aslanlını da “gəncdir” deyib alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma o, insanların məşğulluğuna son qoyub. Oqtay müəllim, xahiş edirəm ki, məsələyə diqqət edəsiniz”.

Spiker Oqtay Əsədov deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevdir. Spiker onun “Samir adlı cavan oğlan” kimi təqdim etdiyinə görə deputat irad tutub:

“O, Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunmuş şəxsdir. Niyə bu qədər “cavan” və ya “qoca” sözünü işlədirsiniz? 50 min fəhlənin harada işsiz qalması barədə məsələni isə dəqiqləşdirin. Dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın”.

Həmçinin oxu

Tofiq Yaqublu: Gedin “yuxarılara” deyin ki, üzümüzün suyu töküldü…

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir