Home / Ana səhifə / AXCP fəalları inzibati həbsə məhkum edilib

AXCP fəalları inzibati həbsə məhkum edilib

Bu gün, yanvarın 25-də “Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu və AXCP fəallarının cinayət işi üzrə” məhkəmə prosesində iştirak üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşan 11 fəal saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Amerikanın Səsinə bildiriblər ki, Nəsimi Rayon Məhkəməsi polis tərəfindən saxlanılan AXCP fəalları Orxan Səlimzadə, Ayaz Qasımov və Mehdi Nagıyevin hər birinə 30 sutka inzibati həbs verib. Məhkəmə partiyanın fəalları Kənan Əzizli və Ceyhun Arifi isə 200 manat cərimə edib.

AXCP bildirir ki, partiyanın fəalları Xəyal Əliyev, Fuad Tağızadə, Mahir Rüstəmli polis bölməsində izahat alınaraq, digər 2 fəal isə şifahi xəbərdarlıq edilərək azad buraxılıb.

Həbsdə olan mitinq təşkilatçıları (Plakat Əli Kərimlinin facebook səhifəsindədir)

AXCP-nin məlumatına görə, bu ilin yanvar ayı ərzində partiyanın 27 fəalı 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum eidlib. Onlarla fəal cərimə edilib. Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra yüzlərlə partiya fəalına polis tərəfindən zəng edilərək xəbərdarlıq edilib.

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Həmçinin oxu

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək Rusiya və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super