Home / Ana səhifə / ”Mehmana Hüseynova azadlıq!” mitinqi baş tutdu – (Yenilənir)

”Mehmana Hüseynova azadlıq!” mitinqi baş tutdu – (Yenilənir)

Rəsmi məlumatda aksiyada insident yaşanmadığı qeyd olunur

Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbidir.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.

Meydan TV əməkdaşının məlumatına görə, mitinq ərazisində internet məhdudlaşdırılıb. Buna görə media orqanlarının canlı yayım etməsi mümkün olmayıb.

Son 2 il ərzində Məhsul Stadionunda keçirilən mitinqlərin hamısında bu hal müşayiət olunub. Bu mitinqlərin heç birində canlı yayım verilməsi mümkün olmayıb.

Aksiyaya Müsavat və ReAL partiyaları da dəstək verib. Mitinqdə Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli çıxış ediblər. Onlar ölkədəki çətin vəziyyətdən, insanların haqsız yerə həbs edilməsindən, ölkədəki korrupsiya hallarından, demokratiyanın olmamasından danışıb, haqsız yerə həbs edilən insanlara azadlıq tələb ediblər.

Azərbaycan rəsmiləri isə daim çıxışlarında ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar həbs edilən bütün insanların törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiklərini deyirlər.

Mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi də məlumat yayıb.

Məlumatda bildirilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloger ittihamı qurama sayır.

Həmçinin oxu

Tofiq Yaqublu: Gedin “yuxarılara” deyin ki, üzümüzün suyu töküldü…

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir