Home / Ana səhifə / Bakı Şəhər Baş Polis İdarəsi “Milli Şura”nın mitinqi ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi “Milli Şura”nın mitinqi ilə bağlı məlumat yayıb

Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən musavat.com verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Həmçinin oxu

Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”. Bunu APA-nın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir