Home / Ana səhifə / “Qarabağ” Macarıstan klubuna uduzdu

“Qarabağ” Macarıstan klubuna uduzdu

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisi Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub – 0:1.

Qeyd edək ki, “Qarabağ” əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın “Botoşani” klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.

Xatırladaq ki, Qurban Qurbanovun komandası “Uypeşt”lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla üz-üzə gələcək.


Yoxlama oyunu

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir