Home / Ana səhifə / Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib

Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib

Qazaxıstan “Astana”sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib.

Ukraynalı mütəxəssis “Report”a açıqlamasında deyib ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfsilənir:

“Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram”.

R.Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a dönüb.

 

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir