Home / Ana səhifə / XİN Mehman Hüseynovu müdafiə edən Fransanı tənqid etdi

XİN Mehman Hüseynovu müdafiə edən Fransanı tənqid etdi

”Mehman Hüseynov məsələsinə münasibət bildirmək gülməlidir”

Fransa Xarici İşlər Nazirliyi bloger Mehman Hüseynovu müdafiə etdikdən sonra Azərbaycan XİN-nin tənqidi ilə üzləşib.

“Trend” agentliyinə bu barədə danışan Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bəyan edib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir:

“Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

Onun sözlərinə görə, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

“Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.

Fransa XİN rəsmi nümayəndəsi yanvarın 9-da Parisdə brifinqdə Mehman Hüseynovla bağlı sualı cavablandırarkən bildirib ki, biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq.

“Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq”, – XİN nümayəndəsi bildirib.

Həmçinin oxu

Dollar yenidən BAHALAŞIR? – BU TARİXDƏN etibarən

“Lari büdrədi, manatın taleyi necə olacaq?” MusavatXeber- xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir