Home / Ana səhifə / APA niyə qapadıldı?

APA niyə qapadıldı?

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İ.Əliyev orada çıxış edib və düşmən Ermənistanın ünvanına bir sıra fikirlər səsləndirib. Onun bir cümləsi isə APA tərəfindən yanlış olaraq verilib. Belə ki, dövlət başçısı “Ermənistanı daha da sarsıdacağıq”,- cümləsi yanlış olaraq “Ermənistanı çökdürəcəyik”,- kimi verilib. Bundan dərhal sonra APA məlumat yayaraq İ.Əliyevdən və oxuculardan üzr istəsə də, elə həmin gün sayta giriş qaparılıb. Holdinqin qapadıldığı bildirilsə də, bununla bağlı heç bir məlumat verilmir. (musavatxeber.org)

Həmçinin oxu

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək Rusiya və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super