Home / Sosial / Səhiyyəmizin problemləri

Səhiyyəmizin problemləri

Əhali səhiyyəmizin vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından, diaqnostikadan və ümumiyyətlə xəstəxanalardakı vəziyyətdən narazıdır. İnsanlarda səhiyyəmizə qarşı bir güvənsizlik var.

Bunun səbələrindən biri savadsız həkimlər və əczaçılar olsada kifayyət qədər savadlı həkimlərimiz də var. Problemin kökünə enəndə görürsən ki, Azərbaycan səhiyyəsində bu vəziyyətin əsas səbəblərindən biri səhiyyə işçilərinin əmək haqqının az olmasıdır. 15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oktay Şirəliyevin imzaladığı qərarla 01.02.2008 tarixindən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Beləliklə bu qərarla dövlət müəssisələrində müalicə və müayinə pulsuz aparılır. Səhiyyə işçiləri isə əmək haqqına görə ölkə iqtisadiyyatında aşağı səviyyədə qərarlaşıblar. Bu da səhiyyə işçilərinin göstərdiyi xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Həkim aldığı 150-300 manat maaşla nəinki öz üzərində işləmək, dünyanın müxtəlif ölkələrində konferanslara qatılmaq, davamlı olaraq tibbdə baş verən yenilikləri izləmək iqtidarında olur, maaşları heç onların dolanışığına kömək etmir.

Azərbaycanda səhiyyənin prioritet sahələri üzrə 15-ə yaxın dövlət proqramı qəbul olunub. Hər il yüz milyon manatdan çox vəsait xəstələrin pulsuz dərmanla təmin olunmasına ayrılır. Amma görünən odur ki, bu vəsaitlər təyinatı üzrə xərclənmir və bəzi məmurların şəxsi büdcəsinə axır. Bazar iqtisadiyyatı şəraitində ya dövlət öz həkiminə yüksək maaş verməlidir(dünyanın qabaqcıl ölkələrində olduğu kimi), ya da həkim öz yaşayış minimumunu təmin etmək üçün məcburən pasientlərin verdiyi pulu almalıdır. Bu isə ciddi narazılıqlara gətirib çıxardır.

Mən belə düşünürəm ki, Azərbaycanda səhiyyə sahəsində daha ciddi islahatlar aparılmasa bu problemlər öz həllini tapmayacaq.

Azər Baxşaliyev Əczaçı-ekspert
Azər Baxşaliyev
Əczaçı-ekspert

Həmçinin oxu

Ekrana çox baxmaq uşaqlarda bunlara səbəb olur – Şok faktlar

Mütəxəssislər texnologiyadan aşırı dərəcədə istifadənin uşaqlara ciddi zərərlərinin olduğunu bildirirlər. Hətta ekran qarşısında uzun müddət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir