Home / Ana səhifə / Sumqayıtda olay: Avtobuslar daşa, yoxsa gülləyə tutulub?

Sumqayıtda olay: Avtobuslar daşa, yoxsa gülləyə tutulub?

Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur

Sumqayıtda 7 saylı marşrut avtobusu daşa tutulub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya belə deyib. Onun sözlərinə görə, Sumqayıtda silahlı atışma olması ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

O, 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələrinin sındırıldığını söyləyib:

“Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Sosial şəbəkələrdə noyabrın 15-də Sumqayıtda, 17-ci mikrorayon ərazisində silahlı insident olduğu bildirilir. Axşam saatlarında bir nəfər silahlı şəxsin 7 saylı avtobusu atəşə tutduğu deyilirdi.

Meydan TV-nin hadisə yerində olan əməkdaşı bildirir ki, hazırda ərazini polis mühasirəyə alıb. Ətrafda çoxlu sayda polis və mülki geyimli var. Ancaq onlar nə baş verməsi ilə bağlı məlumat vermirlər:

“Əraziyə vətəndaşları və jurnalistləri buraxmırlar. Odur ki, dəqiq nə baş verdiyi məlum deyil. Hərə bir fikir söyləyir. Deyilənə görə, “raqatka”da qurğuşunla avtobusları vurublar”.

Meydan TV əməkdaşı Sumqayıtdakı xəstəxanalarla əlaqə saxlayıb, yaralıların olmadığı bildirilib.

Meydan TV hadisə yerindən görüntülər əldə edib. 3 avtobusun şüşəsi sındırılıb, üzərində deşiklər var. Hadisə şahidləri deyir ki, bu deşiklər daş atılması nəticəsində baş verə bilməz, daha çox güllə yerinə bənzəyir.

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super