Home / Ana səhifə / Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

Tallinn şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.

AZƏRTAC xəbər verir ki, iclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.

Z.İzmayılova 1985-ci ildə Tallinndə dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.

Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Həmçinin oxu

Makqreqor Nurməhəmmədovla döyüşə görə nə qədər qazanıb?

Qarışıq üslublu (MMA) döyüşçü Konor Makqreqor 2018-ci ildə təqribən 47 milyon dollar qazanıb. Bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir