Home / Ana səhifə / Piketdə iştirak edən müsavatçı işdən çıxarıldı-Video

Piketdə iştirak edən müsavatçı işdən çıxarıldı-Video

Müsavat Partiyasının noyabrın 3-də Bakı şəhər İcra Hakimiyiyyətinin binası qarşısında keçirirdiyi piketdə iştirak edən Seymur Namazov aksiyaya qatıldığına görə işdən çıxarılıb.

Seymur Namazov Müsavat Partiyası Abşeron rayon təşkilatının üzvüdür. O, “Basta”ya açıqlamasında bildirib ki, bu günə qədər Musiqili Komediya Teatrında rəqs (balet) truppasında çalışıb.

 

“Bu gün səhər işə çatan kimi şöbə rəsi dedi ki, işdən çıxarılmısan. O, mənə dünənki piketdə çəkilən şəkillərimi göstərdi və səbəb kimi bunu göstərdi. Halbuki, bu gün tamaşam da vardı. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın direktoru Əliqismət Lalayev verib”, – Seymur Namazov bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev beynəlxalq tədbirlərdə Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu vurğulayır. Noyabrın 3-də Müsavat Partiyasının keçirdiyi dinc aksiyadan sonra 9 nəfər saxlanılaraq, onlara xəbərdarlıq edilib. Bundan əvvəl Milli Şuranın icazəli mitinqində iştirak edən müsavatçı Əziz Şahinoğlu (Qəhrəmanov) Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

 

Həmçinin oxu

Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”. Bunu APA-nın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir