Home / Ana səhifə / Kamal Abdullanın prorektor oğlu Milli Şuranın mitinqində-Video/foto

Kamal Abdullanın prorektor oğlu Milli Şuranın mitinqində-Video/foto

 Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Milli Şuranın sonuncu mitinqində görüntülənib. AzEuroNews.com-un məlumatına görə,  Prezident yanında Dövlət İdarəçilik Akasdemiyasının (DİA) Humanitar ve Sosial məsələlər üzrə prorektor vəzifəsində çalışan Mehdi Abdulleyev Milli Şuranın “Məhsul” stadionunda oktyabrın 7-də keçirdiyi icazəli mitinqdə iştirak edib.

Mehdi Abdullayev Milli Şuranın mitinqinə təyin etdiyi Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədri ilə qatılıb.
Mehdi Abdullayev Milli Şuranın mitinqinə DİA-da təyin etdiyi Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədri ilə qatılıb

Məlumatı verən DİA tələbələrinin sözlərinə görə,  Mehdi Abdullayev prorektor kimi çalışmağa başladığı 2016-ci ilin sentyabrıdan müxalifətin keçirdiyi bütün mitinqlərdə iştirak edir.

“Bəs məqsədi nədir?” sualına isə, adının çəkilməsini istməyən DİA təlbəsi bu cavabı verib:  “Təkcə o, deyil. Digər universitetlərin də dekan və propektorları müxalifətin mitinqində iştirak edirlər. Onlar adətən “Məhsul” stadionunun giriş qapısında dayanıb təmsil etdikləri universitetdən mitinqə gələn tələbələri güdürlər. Hətta bəziləri tələbələrinin şəklini də çəkir”.

DİA tələbəsinin sözlərinə görə, Mehdi Abdullayev Milli Şuranın mitinqinə təyin etdiyi Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədri ilə qatılıb. Onlar “Meydan TV” internet televiziyasının mitinqdən hazırladığı reportajın  0:36-cı saniyəsində “Məhsul” stadionunun girişində tələbələri izləyərkən görüntüləniblər.

Dillər Universitetinin rekoru Kamal Abdulla
Dillər Universitetinin rekoru Kamal Abdulla

Məlumat üçün qeyd edək ki, Mehdi Abdullayev yazıçı, ədəbiyyatşunas alim, Dillər Universitetinin rekoru Kamal Abdullanın oğludur. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib. Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.

Mehdi Abdullayev
Mehdi Abdullayev

2005-ci ildə  “Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

09be1b32-3c41-41ce-8182-42660e43b2a0

2016 cı ilin sentyabr ayından Prezident yanında Dövlət İdarəçilik Akasdemiyasının Humanitar ve Sosial məsələlər üzrə prorektorudur.

 

Həmçinin oxu

Diplomu rektordan oynayaraq alan məzun DANIŞDI

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir