Home / Ana səhifə / Müsavat başqanı: Bu Qarabağın işğaldan azad edilməyəcəyinə növbəti mesajdır

Müsavat başqanı: Bu Qarabağın işğaldan azad edilməyəcəyinə növbəti mesajdır

Bu Ermənistanla Qarabağ arasında daha bir dəhlizdir. İşğalçı hərbi birləşmələrin çevik hərəkətini təmin etmək üçün yeni bir imkandır. Qarabağın işğaldan azad edilməyəcəyinə növbəti mesaj, Azərbaycana, ilk növbədə Azərbaycan hakimiyyətinə qarşı hörmətsizlikdir, təhqirdir”. Musavatxeber.com xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistan prezidenti Serj Sarkisyanın Vardenis-Ağdərə yolunun açılışında iştirak etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu yalnız 116 kilometr  avtomobil yolu deyil: “Ermənistan Laçın, Kəlbəcər və başqa rayonlarımızı məskunlaşdırır, ərazilərimizdən Ermənistana komunilasayaları durmadan artırır. İşğalçı tərəf bu işləri görməklə Qarabağı işğalda saxlamaq üçün əlavə arqumentlər qazanır. Gündən – günə həm hərbi, həm də diplomatik sahədə təşəbbüsü itiririk. Azərbaycan hakimiyyəti isə, Qarabağda baş verənlərlə bağlı qətiyyətlə susur”.

Arif Hacılının sözlərinə görə, əvəzində bütün dövlət resursu siyasi opponentlərin sıradan çıxarılmasına, cəmiyyətin kölə vəziyyətinə salınmasına yönəlib: “Dövlətçiliyimiz üçün təhlükəli olan bu siyasətin durdurulması üçün mübarizə güclənməlidir. Çünki, mübarizəmiz hakimiyyət uğrunda deyil, Azərbaycan naminə mübarizədir”.

Həmçinin oxu

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək Rusiya və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super