Home / Dünya / Qaradərili qatardan belə düşürüldü-RASİZM? [VİDEO]

Qaradərili qatardan belə düşürüldü-RASİZM? [VİDEO]

Münhen- Qatara (S-Bahn) bilet almadan minən zənci zorla qatarda düşürülüb. Musavatxeber.com “Avropost.com”-a istinadən xəbər verir ki,  hadisə Almaniyanın Münhen şəhərində qeydə alınıb. Belə ki, şəhərdaxili qatara minən qaradərili sərnişin bilet yoxlayanların hədəfinə tuş gəlib.

Bilet yoxlayanlar afrikalı gəncdən biletini tələb ediblər. O, biletinin olmadığını bildirib. Yoxlama heyəti ona bilet almağı bildirdikdə isə, afrikalı gənc pulunun olmadığını deyib. Alman qanunlarına görə, biletsiz ictimai nəqliyyat vasitələrinə minən şəxs 60 Avro miqdarında cərimə olunur. Lakin, afrikalı gənc buna da etiraz edərək üstündə heç bir sənədinin olmadığını bildirib.

Yaranan mübahisə uzandığından bilet yoxlayanlar onu zorla qatardan düşürməyə çalışıblar. Müqavimət göstərən gəncə qatardakı digər sərnişinlər dəstək veriblər. Onlar bilet yoxlayanların bu hərəkətini “Rasizm” kimi qiymətləndiriblər.

Avropost.com Münhen qatarında qeydə alınan insidentin görüntülərini təqdim edir:

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir