Home / Dünya / 10 yaşlı azərbaycanlı qızı qaçqın düşərgəsində zorladılar-ALMANİYADA

10 yaşlı azərbaycanlı qızı qaçqın düşərgəsində zorladılar-ALMANİYADA

Almaniyada 10 yaşlı qız afrikalı oğlan tərəfindən zorlanıb. AzEuroNews.com-un məlumatına görə,  hadisə Almaniyanın Herford şəhərində qeydə alınıb. Belə ki, adı açıqlanmayan 10 yaşlı qız Qana respublikasından gələn bir oğlan tərəfindən zorlanıb. Alman Qızıl Xaç Cəmiyyətinə bağlı olan qaçqın düşərgəsində  baş verən hadisədən sonra 10 yaşlı azərbaycanlı qız xəstəxanaya gətirilib. Polis hadisə ilə bağlı qaçqın kampına gəlib və 10 yaşlı qızı zorlayan qanalı şəxs həbs olunub.

Bu hadisə Almaniyada qaçqın düşərgələrində azyaşlılara qarşı təcavüzü yenidən gündəmə gətirib. Belə ki, “westfalen-blatt.de” saytının yazdığına görə, 2016-ci ildə də buna oxşar bir hadisə baş verib. 4 yaşlı qız 33 yaşlı bir kişinin təcavüzünə məruz qalıb. Eyni zamanda xəbərdə vurğulanır ki, keçmiş Sovetlər Birliyi ölkələrindən olan qızların afrikalılar tərəfindən tez-tez təcavüzə məruz qalması ilə bağlı polisdə kifayət qədər fakt qeydə alınıb.

1Capture

62d9018e-662b-46d9-ab37-1dbd6c3bdd18

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir