Home / Gündəm / İngilis kəşfiyyatı: ölkədə 23 min potensial terrorist var

İngilis kəşfiyyatı: ölkədə 23 min potensial terrorist var

İngilis kəşfiyyatı ölkədə 23 min “radikal cihatcı” olduğunu müəyyən edib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, artıq onlardan 3 mini nəzarətə alınıb. Eyni zamanda ola biləcək terror təhlükəsinə görə, son 10 gündə 500 əməliyyat keçirilib.

Hesabatda qeyd olunur ki, terroristlərin 20 mini İngiltərə vətəndaşıdır: “Mançestrdə 12-si uşaq 22 nəfərin ölümü və yüzə yaxın insanın yaralanması ilə nəticələnən terror aktını törədən Salman Abedin də bu siyahıda yer alıb”.

Xatırladaq ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Həmçinin oxu

Avropadakı azərbaycanlılar Rəsulzadənin doğum günü ilə bağlı toplantı keçirdilər

Yanvarın 26-da Almaniyanın Frankfurt şəhərində Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir keçirilib. Toplantıya 400-ə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super