Home / Dünya / Qaçaq azərbaycanlıların deportuna başlanıldı

Qaçaq azərbaycanlıların deportuna başlanıldı

Aprelin 7-də İsveçin paytaxtı Stokholmda gerçəkləşdirilən terror hadisəsindən sonra sözügedən ölkədə miqrantlarla bağlı sərt qərarların qəbul olunmasına başlanılıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, artıq İçveçdə sığınacaq istəyi rədd edilən miqrantların sürətli şəkildə deportuna qərar verilib. Bu barədə İsveç hökuməti adından daxili işlər naziri Anders Ygeman  və  ədliyyə və miqrasiyya naziri Morgan Johanson məlumat verib.

Onların sözlərinə görə, qəbul edilən yeni qanuna görə, sığınacaq istəyi rədd edilənlərə vaxt verilməyəcək.

Onlar dərhal deport olunacaqlar. Artıq konkret siyahı hazırlanıb. Aralarında Suriya, Afrika ölkələri, Türkiyə və Azərbaycan kimi ölkələrdən gələn 10 mindən çox qaçaq göçmənin deportuna başlanılıb” deyə hökumət nümayəndələri jurnalistlərə açıqlama veriblər.

Digər yandan AzEuroNews.com-un  İsveçin Ədalət və Miqrasiyya Nazirliyindən əldə etdiyi məlumata görə, bu ölkədə son üç ildə sığınacaq tələbi rədd edilən 30 min göçmən qaçaq olaraq yaşayır.

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir