Home / Gündəm / Almaniyada 50 min nəfər İslam və qaçqınlar üçün etiraz edir-HADİSƏ YERİNDƏN VİDEO/FOTO

Almaniyada 50 min nəfər İslam və qaçqınlar üçün etiraz edir-HADİSƏ YERİNDƏN VİDEO/FOTO

Hazırda Almaniyanın Köln şəhərində 50 mindən çox alman Almaniya üçün Alternativ (AfD) partiyasının qurultayının keçirilməsinə etiraz edir. AzEuroNews.com-un Avropa Bürosu əməkdaşının Kölndən verdiyi məlumatına görə, son illərdə qaçqınlara və İslam dininə qarşı olduqca sərt mövqe sərgiləyən partiyanın siyasi kursuna etiraz edənlər Kölndə keçiriləcək olan qurultaya mane olmaq istəyirlər. Kölnün mərkəzi küçələrinə doluşan etirazçılar hazırda polis əngəli ilə qarşılaşıblar. Alman polisi ola biləcək hər hansı bir qarşıdurma və ya ixtişaş üçün önləmini günlər öncədən alıb.

Müxbirimizin verdiyi məlumata görə, Qərbi Reyn Vestfalyanın (NRW) baş naziri Hannelore Kraft (SPD) və Köln bələdiyyə sədri Henriette Reker də aksiyaya qatılaraq AfD-nin İslam dini və qaçqınlarla bağlı mövqeyinə etiraz edir.

f607c4e2-4eb4-43f4-8862-d022a02fc060

koelle

 

koeln

Həmçinin oxu

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun”

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun” 2019-cu ilin avqustunda Maştağa qəsəbəsində yaşayan 9 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir