Home / Gündəm / Azərbaycanlıların deportu başladı-ALMANİYADAN

Azərbaycanlıların deportu başladı-ALMANİYADAN

Almaniyadan sığınacaq istəyən həmvətənlərimizin çoxu rədd cavabı alıb. Bu barədə AzEuroNews.comun Avropa Bürosuna adının çəkilməsini istəməyən və hazırda Macarıstanda həbsxanada qalan azərbaycanlı bir ailənin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, qohumları 2 həftə öncə “Dublin sazişi”nə görə, ilk ayaq basdıqları və vizalarının olduğu Macarıstana göndərilib.

“Qohumlarımız sonuncu kampı Almaniyanın Paderbon şəhərdindəki kamp olub. “Dublin sazişi” ilə bağlı məktubu onlara gec veriblər. Kampın şefi onları çağırıb əvvəlki tarixdə məktubu qəbul etdiklərini bildirən alman dilində bir sənədə imza atdırıb. Qohumlarımız dərhal vəkilə müraciət etsə də, onlara bildiriblər ki, artıq çox gecdir” deyə zərərçəkmiş ailənin yaxınları bildiriblər.

Onların sözlərinə görə, alman polisi onları kampdan zorla götürüb birbaşa hava limanına aparıb və Macarıstana gedən təyyarəyə mindiriblər: “Əllərinə qandal vurub təyyarədə başlarının üstüdə durublar. Təyyarə uçuşa hazırlananda onların əllərini açıblar. Budapeştə 8 saat ayaq üstə ac və susuz gözləyiblər. Daha sonra Macarıstanın Miqrasiya İdarəsinin əməkdaşları onlara deyib ki, bizim sizi yerləşdirə biləcəyimiz yer olmadığından sənədlərinizin hazırlanıb ölkənizə göndəriləcəyi günə qədər həbxsanada qalmalısınız”.

Məlumat verən şəxslərin sözlərinə görə, qohumları bildirib ki, hazırda saxlanıldıqları həbsxanada 50-dən çox azərbaycanlı ailə var: “Bizə dedilər ki, hamısı Azərbaycana deport edilməklərini gözləyir”.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Almaniyaya 280 min nəfər sığınacaq üçün müraciət edib. Bu ilin yanvar ayında isə müraciət edənlərin sayı 14 min 400 olub. Əldə etdiyimiz məlumatlara görə, müraciət edənlərin 500 nəfərə yaxını Azərbaycan vətəndaşlarıdır.

Həmçinin oxu

Avropadakı azərbaycanlılar Rəsulzadənin doğum günü ilə bağlı toplantı keçirdilər

Yanvarın 26-da Almaniyanın Frankfurt şəhərində Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir keçirilib. Toplantıya 400-ə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super