Home / Gündəm / Səbuhi Hümmətov: “Mənə qarşı kimlərinsə torba tikmək planları alınmayacaq”

Səbuhi Hümmətov: “Mənə qarşı kimlərinsə torba tikmək planları alınmayacaq”

Bir sıra xəbər portallarında “Dayaq” MTK-nın sədri Səbuhi Hümmətov kimi təqdim edilən şəxsin Azərbaycandan qaçdığı barədə məlumat yayılıb. Bu məsələdə Mingəçevir icra hakimiyyətinin başçısı Niyazi Bayramovun və gənclər və idman naziri Azad Rəhimovun adları da çəkilir. Kivnews.com-a danışan Səbuhi Hümmətov bildirib ki, barəsində yazılanlar hədyanlar dolu, yalan və iftiralardan ibarətdir. Yayılan xəbərlərin isə heç bir əsası yoxdur: “Mənə qarşı kimlərinsə “torba” tikmək planları alınmayacaq və xəbəri yayan bütün facebook istifadəçilərindən və saytlardan tələb edirəm bu xəbərləri dərhal silin.Əks halda məhkəmədə görüşəcəyik”.

Səbuhi Hümmətov qeyd edib ki, yazıda adları çəkilən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və gənclər idman naziri Azad Rəhimovla heç bir halda əlaqəsi və münasibəti yoxdur.

Həmçinin oxu

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun”

“Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun” 2019-cu ilin avqustunda Maştağa qəsəbəsində yaşayan 9 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir