Home / Siyasət / “Hizmət hərəkatı”nın müəllim üzvü: “Əllərində konkret siyahı var idi”-FOTOLAR

“Hizmət hərəkatı”nın müəllim üzvü: “Əllərində konkret siyahı var idi”-FOTOLAR

 

Türkiyədə 15 avqustda baş verən dövlət çevrilişinə cəhddən sonra ölkənin hər yerində Fətullah Gülən tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyat keçirildi. Hazırda da davam edən əməliyyatlar zamanı “Hizmət hərəkatı”nın bir çox tanınmış ismi həbs olundu. Həbs dalğasının Azərbaycana keçməsi çox da vaxt almadı. Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən hazırlanan siyahı Azərbaycana verildi. “Hizmət hərəkatı”na aid Qafqaz Universiteti, 10-dan çox lisey, yataqxana və kurslar dövlətin nəzarətinə keçdi. Eyni zamanda ordakı türk müəllim personalının hamısı işdən çıxarıldı.

Təqib dalğası bu cameanın azərbaycanlı üzvlərinə də gəlib çatdı. Artıq “Hizmət hərəkatı”na aid təhsil ocaqlarında çalışan yerli müəllimlərin təqib olunduğu ilə bağlı məlumatlar gəlir. Vaxtı ilə Qafqaz Universitetində çalışanlardan Günel Davudovanın sözlərinə görə, universitet əl dəyişdikədən sonra Azərbaycanın hüquq-mühafizə orqanları onu rahat buraxmayıblar: “Türkiyədən gələn siyahı ilə mən də daxil olmaqla universitetdə çalışan müəllimləri bir-bir sorğuladılar. Universitetdə təşkil olunan sorğuda Azərbaycanın Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edirdilər. Sorğunun formal xarakterli olduğunu desələr də, ifadəmizi almaları saatlarla çəkdi”.

G.Davudovanın sözlərinə görə, dövlət univeristetə əl qoyandan sonra işinə köhnə qaydada davam edəcəyini düşünüb: “Amma, düşündüyüm kimi olmadı. Məni çağırıb, işdən çıxardıqlarını dedilər. Səbəbini soruşdum. Bildirdilər ki, mən “Hizmət hərəkatı”nın lideri Fətullah Gülənin tərəfdarıyam. Dərhal da işdən çıxarılmağımla bağlı əmri verdilər”.

“Düşünürdüm ki, məndən əl çəkərlər. Olmadı, bir müddət sonra məni Nəsimi Rayon Polis İdarəsinə çağırdılar. İdarəyə getdim. Məni qatı bir cinayətkar kimi sorğuladılar. “Hizmət hərəkatı”nın Azərbaycandakı fəalliyəti barədə məndən bilgi almağa çalışdılar. Əllərində Fətullah Gülənin tərəfdarı olan müəllimlərin konkret siyahısı var idi”. deyə G.Davudova bildirib.

 

 

Amil Həsənov

 

 

Həmçinin oxu

Soros “cocuğu”nun reytinqi düşür – PaşinYANI “YANDIRAN” SƏBƏBLƏR…

Böyük güclər bu gün Ermənistan hakimiyyətdə yer alanlarla sıx işləməyə davam edirlər. MusavatXeber-xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super