Home / İqtisadiyyat / 3 milyard ABŞ dolları borc dövlətə ötürülür

3 milyard ABŞ dolları borc dövlətə ötürülür

Azərbaycan Beynəlxalq Bankı, təxminən 3 milyard ABŞ dolları həcmində olan xarici öhdəliyinin hökumətin boynuna götürəcəyinə ümid edir. Bank sədri Reuters-ə müsahibəsində bildirib ki, bu, ABB-in yenidən maliyyələşdirilməsi çərçivəsində baş tutacaq.
Dövlət bankı olan ABB, Azərbaycanın ən böyük bankıdır və hazırda Beynəlxalq Valyuta Fondunun təklifi və prezidentin əmri ilə balans hesabını təmizləmək üçün yenidən maliyyələşdirilir, yazıda deyilir.
2015-i ildə İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Aqrarkredit – dövlət mülkiyyətində olan qeyri-bank təşkilatı – ABB-in toksik və riskli borclarının Aqrarkreditə 2 il ərzində transfer ediləcəyi razılığına gəliblər. Bu məqsədlə müvafiq sərəncam verilmiş və bu məqsədlə “Bank aktivlərinin idarə edilməsi” agentliyi yaradılmışdır. Bu günədək 10 milyard manat həcmində toksik aktivlər həmin agentliyə keçirilmişdir.”İlkin hesablamalara əsasən, dövlətdən növbəti tranşın məbləği üç milyard ABŞ dolları olacaq,” ABB sədri Xalid Əhədov Reuters-ə müsahibəsində deyib. “Zərər görmüş aktivlər, balans hesabından götürüləcək… Bu, bankın 500 milyon manatadək ehtiyatını geri qaytaracaq və kapital mövqeyinə dəstək verəcək.”
Bankın 2016-cı ildə 1.4 milyard manat xalis itkisi olub. Dəyərləndirmə agentliyi Fitch-ə əsasən, məbləğin 1.1 milyard manatı valyutada müəyyən edilmiş itkilərdir. Bank, 300 milyon manat əlavə foreks itkisini sifariş edə bilər, Fitch bildirib, yazıda deyilir. Neft qiymətlərinin düşməsi nəticəsində, Azərbaycan iqtisadiyyatı zəifləyib və milli pul valyutası dəyərini itirib.İqtisadiyyat zəiflədikcə, Azərbaycan banklarının korlanmış kreditləri artıb və kapitalları azalıb. Bəzi banklar lisenziyalarını itiriblər.

Zamiq Şükürov
iqtisadçı-ekspert

Həmçinin oxu

İranın Ticarət Palatasının baş katibi Azərbaycana səfərə gəlib

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının baş katibi Əlirza Əşrəf bu gün Azərbaycana …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir