Home / Siyasət / AXCP Səbail şöbəsinin sədr müavini polisə çağrıldı

AXCP Səbail şöbəsinin sədr müavini polisə çağrıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Səbail şöbəsinin sədr müavini Məhəmməd Aslanov polisə çağrılıb. Bu barədə Musavatxeber.com-a özü məlumat verib. Onun sözlərinə görə, Səbail Rayon Polis İdarəsində olan zaman siyasi fəaliyyəti ilə bağlı sorğu-sual olunub.

“Mənimlə hədələyici tonda danışaraq siyasi fəaliyyətimi dayandırmağımı tələb etdilər. İnsanları Milli Şuranın mitinqlərinə çağırmamağımı tapşırdılar. Əks halda özüm və ailə üzvlərim üçün tədbir görəcəklərini bildirdilər” deyə M.Aslanov deyib.

M.Aslanov qeyd edib ki, edilən hədə-qorxuya baxmayaraq siyasi fəaliyyətini bundan sonra da davam etdirəcək: “Əqidəmdən heç bir zaman dönə bilmərəm. Ona görə də, siyasi fəaliyyətimə davam edəcəyəm”.

Həmçinin oxu

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Azərbaycanlılar erməni döyüşçü Mixail Avaqyanın xatirəsinə ucaldılmış abidəyə etiraz ediblər Gürcüstan azərbaycanlıları Tbilisidə yerləşən Parlament …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super