Home / Siyasət / Azərbaycanda gülənçilər nəzarətə götürülüb

Azərbaycanda gülənçilər nəzarətə götürülüb

2016-cı ilin avqust ayının 12-də Respublika Baş Prokurorluğu tərəfindən Fətullah Gülənin rəhbərlik etdiyi Hizmət hərəkatının Azərbaycanda fətullahçılığı təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə cinayət işi başladılmış və istintaq-əməliyyat qrupu yaradılmışdı.

Görülən tədbirlər çərçivəsində 2016-cı ilin sonuna qədər Hizmət hərəkatının onlarla nümayəndəsi saxlanılıb. Onlardan ”Azərfon” MMC-nin operatoru, AXCP fəalı Fuad Əhmədov, əczaçı-ekspert Azər Baxşalıyev, Azadlıq qəzetinin direktoru Faiq Əmirli, siyasi-ictimai fəal Qədim Bəkirov, Qafqaz Universitetinin müəllimi Günel Davudova və başqalarını göstərmək olar. Bildirilir ki, saxlanılan şəxslərin iş otağına və şəxsi avtomobilinə baxış keçirilərkən Fətullah Gülənin çıxışları olan disklər, Gülən cammatını təbliğ edən kitablar və elektron informasiya daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Saxlanılanlardan Fuad Əhmədov və Faqi Əmirli haqqında cinayyət işi, bəziləri haqqında isə inzibati iş açılaraq  həbs edilmişlər, digər saxlanılanlar xəbərdarlıq edilərək evə buraxılmışdır.

Hizmət hərəkatına qarşı mübarizənin bundan sonra da davam edələcəyi istisna edilmir. Əldə etdiyimiz məlumatlara görə bir çox iş adamı və məmur artıq hüquq mühafizə orqanlarının diqqətindədir. Lakin istintaq sirri olduğu üçün onların adı açıqlanmır.

 

Həmçinin oxu

Soros “cocuğu”nun reytinqi düşür – PaşinYANI “YANDIRAN” SƏBƏBLƏR…

Böyük güclər bu gün Ermənistan hakimiyyətdə yer alanlarla sıx işləməyə davam edirlər. MusavatXeber-xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir