Home / Siyasət / AXCP Səbail şöbəsinin sədr müavini həbs olundu-FOTOLAR

AXCP Səbail şöbəsinin sədr müavini həbs olundu-FOTOLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Səbail şöbəsinin sədr müavini Məhəmməd Aslanov məhkəmənin qərarı ilə 15 gün həbs cəzasına məhkum edilib. Partiyadan verilən məlumata görə,  “Milli Şura”nın 17 sentyabrda “Məhsul” stadionunda keçirdiyi “Monarxiyaya və Talana Son” mitinqində iştirak etdiyinə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan partiya funksioneri daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb.
“Məhkəmədə ifadə verən polis əməkdaşları bildiriblər ki, M.Aslanov dövlət əleyhinə şüarlar səsləndirməklə ətrafdakıları mitinqə gəlməyə səsləyib. Eyni zamanda o, polis əməkdaşlarına müqavimət göstərib” deyə AXCP-dən verilən məlumatda qeyd olunur.

Həmçinin oxu

Tofiq Yaqublu: Mən nəinki bunları, hətta Qarabağda əsir düşən erməni qadınları da təhqir etməmişəm

Siyasi fəal tələbləri yerinə yetməzsə, aclıq aksiyasına başlayacağını deyib “Bu, mənə qarşı səriştəsizcəsinə və şərəfsizcəsinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir