Home / Siyasət / Daha bir müxalif fəal həbs edilib

Daha bir müxalif fəal həbs edilib

Demokratik Qüvvələrin Milli Şurasının təşkilatçılğı ilə Bakıda keçirilən etiraz mitinqində iştirak etdiyinə görə daha bir müxalif fəal həbs edilib. Musavatxeber.org-un məlumatına görə, Ağdam rayonu, Qaradağlı kənd sakini Nurlan Əmrahov aksiyada iştirak etdiyinə görə, polis əməkdaşları tərəfindən saxlanılıb. O, daha sonra Səbail rayon Məhkəməsinə gətirilib. Hakim qarşısına çıxarılan müxalif fəal  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296, 298, 310, 323.1 və 310.1 -ci maddələri ilə ittiham olunararaq barəsində 18 günlük həbs qəti imkan tədbiri seçilib.

Müxalif fəal cəzasını Binəqədi rayon təcridxanasında çəkəcək.

 

 

Həmçinin oxu

Tofiq Yaqublu: Mən nəinki bunları, hətta Qarabağda əsir düşən erməni qadınları da təhqir etməmişəm

Siyasi fəal tələbləri yerinə yetməzsə, aclıq aksiyasına başlayacağını deyib “Bu, mənə qarşı səriştəsizcəsinə və şərəfsizcəsinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir