Home / Siyasət / Azərbaycanda siyasi vəziyyət və ya İlham Əliyev necə diktator oldu?

Azərbaycanda siyasi vəziyyət və ya İlham Əliyev necə diktator oldu?

Azərbaycan Cənubi Qafqazda yerləşən neftlə zəngin ölkədir və əhalisi 8,3 milyon nəfərdir. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə Sovet İttifaqından qazansa da, mətbuatda rəsmi dövlət senzurasını ancaq 1998-ci ildə ləğv edib. Senzuranın ləğvindən sonra yaşanan nisbətən azad jurnalistika illərindən sonra hökumət mətbuat və ifadə azadlığını məhdudlaşdırmaq üçün digər, məsələn təqiblər, nizamlamalar, məlumat əldə edilməsinə məhdudiyyətlər kimi yollara əl atıblar.

Mütəmadi siyasi proseslər, xüsusən də seçkilər, adətən daha böyük məhdudiyyətlərlə müşayiət olunur, hökumət tənqidlərə qarşı daha az dözümlülük nümayiş etdirir. 2018-cu ilin prezident seçkiləri yaxınlaşdıqca mətbuat və ifadə azadlığına olan məhdudiyyətlər artmağa davam edərsə, seçkilərin azad və ədalətli keçirilməsinə mənfi təsir göstərə bilər.

Çoxları inanırdı ki, 2003-cü ilin oktyabrında İlham Əliyev prezident postuna seçilərsə atası Heydər Əliyev bu postu az qala müstəqillikdən bəri tuturdu) ölkədə demokratiya və insan haqlarına hörmət sahəsində yeni mərhələ başlayacaq. Lakin 2003-cü il prezident seçkiləri və 2005-ci ilin parlament seçkiləri bu gözləntilərin yanlış olduğunu göstərdi.

Seçki saxtakarlığı, seçkilərdən öncə və sonra baş verən zorakılıqlar, müxalifət tərəfdarlarının təqib olunması hər iki seçkiyə möhürünü vurdu.  2008-ci ilin oktyabrında Prezident İlham Əliyev müxalifətin boykot etdiyi və Azərbaycanın beynəlxalq öhdəliklərinə cavab verməyən seçkidə yeni müddətə prezident seçildi. Əliyev tərəfindən təşəbbüs göstərilən 2009-cu ilin fevral referendumu konstitusiyaya düzəliş edərək iki dəfədən artıq prezident seçilməyə qadağanı aradan qaldırdı.

Bir çox yerli və beynəlxalq müşahidəçilər hesab edir ki, bu referendum sadəcə olaraq Prezident Əliyevin müddətsiz olaraq vəzifədə qalması üçün yol açmış oldu. Nə parlament, nə də ki, məhkəmələr Azərbaycanın dominant prezidentlik insitutuna müvazinət qüvvəsi təşkil etmir. Məhkəmə sistemi icra hakimiyyətindən asılıdır və fundamental hüquqların pozulmasına qarşı effektiv resurs rolunu oynaya bilmir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) onsuz da məhdud səlahiyyətləri olan parlamentdə çoxluğa malikdir və parlament əsasən hökumətin irəli sürdüyü qanun layihələrini qəbul etməklə məşğuldur. Müxalifət 125 nəfərlik parlamentdə cüzi deputat sayına malikdir. 

Müstəqillikdən bəri ölkədəki seçkilər beynəlxalq standartlardan olduqca uzaq keçirilib. Xüsusən də seçkiöncəsi şərtlərin elektrorata seçkilərdə azad və tam məlumatlı seçim etməyə imkan vermədiyi 2018-cu ildə də bu halın davam edəcəyi gözlənilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2010-cu il noyabr seçkiləri barəsində verdiyi ilkin dəyərləndirmə hesabatı texniki təşkilat baxımından bəzi irəliləyişlər görsə də, aşağıdakı qənaətə gəlib: “toplaşma azadlığı təcrübədə məhdud olaraq qalır, partiyalar davamlı olaraq toplaşmaq üçün, xüsusi olaraq Bakının mərkəzində, icazə ala bilmirlər. Saxlanmalar, defamasiya iddiaları və jurnalistlər üzərinə digər təzyiqlər Azərbaycanda media azadlığını məhdudlaşdırır və demokratik seçki prosesinin ayrılmaz tərkib hissəsi olan, ideyaların azad ifadəsi atmosferinin yaranmasına mane olur.”

Gündüz Nəcəfov

 

 

Həmçinin oxu

Gürcüstan qonşu ölkələrlə balanslaşdırılmış, praqmatik siyasət aparmalıdır

Biz yerləşdiyimiz coğrafiyanı nəzərə almalıyıq. Coğrafiyanı inkar etmək, bundan qaçmaq olmaz. Biz qonşu ölkələrlə maksimum …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir